HƏMAS İsrailin Təl-Əviv şəhərinə raket ATDI
6 saat əvvəl"Uşaqpulu birmənalı bərpa olunmalıdır, əks təqdirdə...”
14 Sentyabr 2024 13:16 | Baxış sayı: 434
Azərbaycan doğum nisbətinə görə Gürcüstandan geri qalır. Belə ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müxtəlif ölkələrdə ölüm və doğum göstəricilərini hesablayıb. Hesabata görə Azərbaycan ölüm səviyyəsinə görə 142-ci (hər 1000 nəfərə 6,4 ölüm), doğum səviyyəsinə görə isə 161-ci (hər 1000 nəfərə 11,2 doğum) olub.
Gürcüstan ölüm səviyyəsinə görə 11-ci (hər 1000 nəfərə 13,3 ölüm), doğum səviyyəsinə görə isə 142-ci yerdədir (hər 1000 nəfərə 12 doğum)
Ermənistan hər 1000 nəfərə 9,6 doğumla ölüm nisbətinə görə 42-ci yerdə, doğum səviyyəsinə görə isə 177-ci yerdədir (hər 1000 nəfərə 10,5 doğum).
Son bir neçə ildir ki, Azərbaycanda yeni doğulanların sayı getdikcə azalmağa başlayıb. Bunun səbəbinə gəldikdə, bəzi ekspertlər qeyd edir ki, ölkədəki iqtisadi-sosial çətinlik ailələrdə doğulan uşaqların sayının azalmasına gətirib çıxarır. Digər qisim hesab edir ki, son zamanlar boşanma hallarının sayının kəskin artması yeni doğulan uşaqların sayına ciddi təsir göstərir.
Bir çoxunun fikrincə isə, yeni doğulan körpələrin sayının azalması isə uşaq pulunun verilməməsi ilə əlaqədardır. Onu da xatırladaq ki, bir sıra ölkələrdə doğuşu stimullaşdırmaq üçün “uşaq pulu” ödənilir.//Musavat.com