SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl“Uşaq xəstə olub, bilmədən...” - Əhmədin dayısı + VİDEO
04 İyul 2024 10:19 | Baxış sayı: 427
“Uşaq xəstə olub, bilmədən bu işləri görüb. Bir dayı kimi zərərçəkmiş də, vuran da, ölən də mənimdir”.
AJMEDİA.İNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun dayısı Baxış Bədəlov deyib.
Qeyd edək ki, bu gün ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.
Xatırladaq ki, bu gün prokurorluğun məhkəməyə göndərdiyi qərarda da Əhmədin hadisəni anlaqsız vəziyyətdə törətdiyi qeyd edilib.