20 Aprel 2025
Uqandada ekofəallar Fransanın Afrikadakı müstəmləkə siyasətinə qarşı çıxırlar

Uqandada ekofəallar Fransanın Afrikadakı müstəmləkə siyasətinə qarşı çıxırlar

Uqandada ekofəallar Fransanın Afrikadakı müstəmləkə siyasətinə qarşı çıxırlar

03 İyul 2023 10:13 | Baxış sayı: 440

Uqandadan olan ekofəallar növbəti dəfə Fransanın Afrikada davam edən müstəmləkə siyasətinə qarşı çıxıb və neft-qaz nəhəngi olan “TotalEnergies” şirkətini boru kəməri layihəsi ilə bağlı məhkəməyə veriblər. Bu, şirkətə qarşı ikinci məhkəmə iddiasıdır.

Onlar Şərqi Afrika regionlarında qida və torpaq hüquqlarının pozulması ilə bağlı şirkətdən dəymiş ziyana görə kompensasiya tələb edirlər.

Qeyd edək ki, məhz bu bölgələrin ərazilərindən Uqandadan Tanzaniyaya neft kəmərinin çəkilməsi planlaşdırılır.

Mülki iddia birinci məhkəmə tərəfindən prosessual əsaslarla rədd edildikdən 4 ay sonra Parisdə açılıb.

İlk məhkəmə prosesində fəallar ekoloji riskləri və bu ərazilərdə yaşayanların hüquqlarının pozulmasını əsas gətirərək “TotalEnergies” şirkətindən boru kəməri layihəsinin icrasını dayandırmağı tələb ediblər.

Onlar yeni müraciətdə Fransadan torpaq və ərzaq hüquqlarının pozulmasına görə 6 il ərzində təzminat tələb edirlər. Amma “TotalEnergies” bu iddiaları rədd edir.

Məhkəmə işinin iddiaçıları Fransa və Uqandadakı 5 qeyri-hökumət təşkilatıdır.

Xatırladaq ki, “TotalEnergies” şirkəti Albert gölü yaxınlığında iki neft yatağının və Tanzaniyanın Tanqa limanına neft ixrac etmək üçün 1443 kilometr uzunluğunda kəmərin işlənməsi layihəsinin əsas səhmdarıdır.