20 Aprel 2025
"Unudulmaz şəhidlərimizə, əyilməz iradəli, torpaq və ləyaqət uğrunda ölümə gedən övladlar böyütmüş valideynlər qarşısında baş əyirəm" - David Seliverstov

"Unudulmaz şəhidlərimizə, əyilməz iradəli, torpaq və ləyaqət uğrunda ölümə gedən övladlar böyütmüş valideynlər qarşısında baş əyirəm" - David Seliverstov

"Unudulmaz şəhidlərimizə, əyilməz iradəli, torpaq və ləyaqət uğrunda ölümə gedən övladlar böyütmüş valideynlər qarşısında baş əyirəm" - David Seliverstov

05 Noyabr 2023 14:50 | Baxış sayı: 758

"İlk əvvəl, mən bütün Azərbaycan xalqını qürur, şərəf və əsl şəxsiyyətə xas olan insana malik dövlətin qələbə günü münasibətilə təbrik edirəm.
Vətən Anadır!
Ananın borcunu ödəmək hər bir övladın borcudur! Belə övladları dünyaya gətirən Analar isə, bizim qürurumuzdur! Onları yad etmək, hər bir Azərbaycan vətəndaşının borcudur. Müharibədə hansı səngərdə olmasından asılı olmayaraq, istər siyasətdə, istərsədə informasiya cəhbəsində, istər vətəndaş həmrəyliyi ilə Azərbaycan ordusunu qəlbən və ruhən dəstəkləyən, istərsə də ön cəhbədə vuruşan müharibə veteranları və qazilərimiz bizim şəhid qardaşlarımızın bizə əmanət etdiyi Şəhid Analarını hər zaman ziyərət etməlidir. Səbəbi isə bizim şəhid analarının Qələbə günündə bir gözü gülür, digər gözü isə ağlayır."

Bu sözləri AJMEDİA.İNFO-ya Zəfər günü münasibəti ilə fikir bildirərkən Magen David Groupun rəhbəri, Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov söyləyib. O, daha sonra bunları deyib:

Mən bir hüquq müdafiəçisi və vətəndaş olaraq, qürur hissi ilə müşahidə edirəm ki, Qələbə günündə bizim yəhudi köklü azərbaycanlılarımız vətəni unutmur. 20-30 il əvvəl Quba rayonunun Qırmızı Qəsəbəsindən digər ölkələrə köçən yəhudi azərbaycanlılarımız burada olan öz evlərini satmır və bilirlər ki, bura onların evləridir, bura onların vətənidir. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu gün onlar Azərbaycanın qələbə gününü səmimi qəlbdən qeyd edirlər.
Bu gün onu da Gururla müşahidə edirəm ki, Beynəlxalq Dağ Yəhudiləri Fondu - STMEGİ tərəfindən, 53 saylı Quba- Qusar seçki dairəsi üzrə deputatı Anatoliy Rafailovun təşəbbüsü ilə Quba və Qusar rayonları üzrə 104 şəhid ailəsi yad edilib, onlara bayram sovqatları paylanmışdır.
Buna görə mən Azərbaycan vətəndaşı kimi, bu təşəbbüsü və icranı həyata keçirən şəxslərə təşəkkür edirəm.
Tanrıya şükr edirəm ki, şəhidlərimizin ruhu şaddır, onlar bu qələbəni cənnətdə, Azərbaycan xalqı isə müqəddəs Azərbaycan torpağında qeyd edirlər.
Sənə Qələbə çox yaraşır, Qələbən mübarək Azərbaycan!