SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlÜmum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyi Rusiyanın Samara şəhərində işgüzar səfərdədir FOTOLAR
02 Oktyabr 2023 16:10 | Baxış sayı: 1250
Magen David Groupun rəhbəri, Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov, Rusiyanın Samara şəhərində işgüzar səfərdədir.
AJMEDİA.İNFO xəbər verir ki, səfər zamanı Samara Xor Sinaqoqunda olan qonaqlar, Samara bölgəsinin ravvini, Samara Yəhudi İcmasının sədri Dayç Shlomo ilə görüşub, sinaqoqun fəaliyyəti və görülən işlərlə tanış olmuş, tövsiyyələr vermiş və yardım göstərmişdirlər.
Samara Xor Sinaqoqu altı tərəfli pəncərələri olan nəhəng bina inqilabdan əvvəl tikilmiş və şəhəri öz memarlıq mükəmməlliyinə görə izzətləndirən Xor Sinaqoqudur. O, dünya memarlığının şah əsərinə çevrilib və dünyanın 10 ən yaxşı sinaqoquna daxil edilib.
Bu məbədin tikintisi 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində şəhərdə yəhudi əhalisinin artması ilə birbaşa bağlıdır.