20 Aprel 2025
“Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək üçün hər zaman birlikdə olmalıyıq” - Yazgül Abdiyeva

10 May 2023 05:31 | Baxış sayı: 370

Böyük qürur hissi ilə qeyd etmək istərdim ki, möhkəm bünövrə üzərində qurulmuş Azərbaycan özünün inkişaf dövrünü yaşayır. 10 may tarixində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Bu sözləri “Yeni Gundem” – ə açıqlamasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva açıqlayıb.

O, hesab edir ki, bu gün hər birimiz Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək üçün hər zaman birlikdə olmalıyıq.

“Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq uğrunda ulu öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin hərtərəfli tərəqqisi üçün hər zaman irəli addımlar atır! Ümummilli Liderimiz Heydər Əliyevi dərin hörmət və ehtiramla yad edirik! Onun xatirəsi hər zaman qəlbimizdə yaşayır”,- deyə qeyd edib.