İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlUkraynanın Xerson vilayətini atəşə tutulub, yaralılar var
05 İyul 2023 23:23 | Baxış sayı: 548
Rusiya ordusu Xerson vilayətinin Belozerka bölgəsini atəşə tutub, nəticədə 6 nəfər yaralanıb.
Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqramda bildirib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov bildirib ki, Xerson, Zaporojye və Xarkov vilayətlərində vəziyyət mürəkkəbdir.
Qeyd edək ki, ötən gün Rusiya Silahlı Qüvvələrinin Xerson şəhərini atəşə tutması nəticəsində 2 nəfər ölüb.