20 Aprel 2025
Ukraynanın NATO-ya üzvlüyü Baydendən asılıdır

Ukraynanın NATO-ya üzvlüyü Baydendən asılıdır

Ukraynanın NATO-ya üzvlüyü Baydendən asılıdır

04 İyul 2023 02:36 | Baxış sayı: 416

Ukraynanın NATO-ya üzvlüyü Baydenin qərarından asılıdır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.

Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydeni Ukraynanı yalnız müharibə bitdikdən sonra Alyansa üzv ola bilsə belə, indi NATO-ya dəvət etməyə çağırıb.

Zelenski qeyd edib ki, Bayden ölkənin Şimali Atlantika Alyansına üzv olub-olmayacağına qərar verən şəxsdir. "O, NATO-dakı gələcəyimizi dəstəkləyir, lakin indi dəvət Ukrayna əsgərləri üçün böyük dəstək olardı", - Zelenski deyib.

“Ukrayna anlayır ki, ölkə müharibə bitənə qədər NATO-ya qəbul edilməyəcək, lakin vətəndaşlar üçün bu məsələdə müttəfiqlərin dəstəyini hiss etmək vacibdir”, - Prezident əlavə edib.

"Biz hamımız başa düşürük. Amma bu siqnal həqiqətən çox vacibdir. Və bu, Baydenin qərarından asılıdır", - o vurğulayıb.