SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlUkraynanın Baş naziri Avropa Komissiyasının Prezidenti ilə ölkəsinin bərpasını müzakirə edib
06 May 2023 00:04 | Baxış sayı: 528
Kral III Çarlzın tacqoyma mərasimi münasibətilə Böyük Britaniyanın paytaxtı Londonda olan Ukraynanın Baş naziri Denis Şmıqal Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşüb.
Bu barədə Avropa Komissiyasının lideri tviterdə yazıb.
“Baş nazir Denis Şmıqalla çox verimli görüş baş tutub. İyun ayında Londonda Ukraynanın bərpası ilə bağlı keçiriləcək konfransı nəzərə alaraq, Aİ-nin Ukraynanın bərpası və yenidən qurulmasına dəstəyini müzakirə etdik. Aİ Ukraynaya ölkənin yenidən qurulmasına kömək etmək öhdəliyində möhkəm qalacaq”, - Prezidenti sosial şəbəkədə bildirib.