SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlUkraynalı hərbçilərin F-16 qırıcı təyyarələri ilə təlimləri başlayıb
26 İyun 2023 18:22 | Baxış sayı: 503
Ukraynalı hərbçilərin F-16 qırıcı təyyarələri ilə təlimləri başlayıb.
Bu barədə Danimarkanın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen deyib.
Poulsenin sözlərinə görə, Danimarka ukraynalı pilotların hazırlanmasına və bacarıqlarının artırılmasına başlamaq üçün addım atıb.
Onun sözlərinə görə, Danimarka, həmçinin F-16 təyyarələrinin Ukraynaya tədarükü barədə düşünür:
“Qırıcılar Ukraynaya təhvil verilənə qədər hərbçilər təlim keçməlidirlər. Yəqin ki, F-16-lar 2024-cü ildə Ukraynada olacaq”.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 21-də deyib ki, qırıcı təyyarələr qarşıdakı 5-6 ay ərzində ölkəsinə çatdırıla bilər.