20 Aprel 2025
Ukraynadakı hadisələr Avropanın təhlükəsizliklə bağlı nizamının məhvinə gətirib çıxarıb

Ukraynadakı hadisələr Avropanın təhlükəsizliklə bağlı nizamının məhvinə gətirib çıxarıb

Ukraynadakı hadisələr Avropanın təhlükəsizliklə bağlı nizamının məhvinə gətirib çıxarıb

11 May 2023 00:14 | Baxış sayı: 594

“Ukraynada baş verən hadisələr uzunmüddətli perspektivdə Avropanın təhlükəsizliklə bağlı nizamının məhvinə gətirib çıxarıb”.

Bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer RBB radiostansiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hətta Ukraynada münaqişənin sona çatması belə köhnə təhlükəsizlik fəlsəfəsinə qayıtmaq demək deyil: “Yeni vəziyyət yaranacaq: bir tərəfdən Avropa, digər tərəfdən Rusiya özlərini bir-birilərindən müdafiə etməyə çalışacaq”.

Almaniya Prezidentinin fikrincə, ümumi təhlükəsizlik fəlsəfəsi uzunmüddətli perspektivdə ümumi anlayış olmaqdan çıxacaq: “Təəssüf ki, bu, Ukraynadakı münaqişənin nəticəsidir”.