SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlUkraynada Gürcüstanın adının Sakartvelo olaraq dəyişdirilməsini təklif edilib
27 May 2023 04:08 | Baxış sayı: 548
Ukrayna Ali Radası Gürcüstanın rəsmi olaraq Sakartvelo adlandırılmasını təklif edib.
Qanun layihəsinə izahat yazısında qeyd olunur ki, ölkədə rəsmi səviyyədə, rəsmi yazışma və ünsiyyətdə, eləcə də KİV-də Gürcüstanın əvəzinə Sakartvelo rəsmi və tarixi adı təqdim edilməlidir. Həmçinin gürcü xalqının rəsmi olaraq Kartvellər adlandırılması təklif edilir.
Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu addım Kiyev və Tbilisini bir-birinə yaxınlaşdırmaqla yanaşı, ölkənin “ruslaşmış” adından da xilas olacaq.
Sakartvelo "Kartvel ölkəsi" - Zaqafqaziyanın avtoxton əhalisi kimi tərcümə olunur. Əksər dillərdə ölkə Gürcüstan dövlətinin latın adından götürülüb.
2021-ci ildə Litva Dili üzrə Dövlət Komissiyası rəsmi olaraq Gürcüstanı Sakartvelo adlandırıb.