20 Aprel 2025
Ukraynada amerikalı əsgər həlak olub

Ukraynada amerikalı əsgər həlak olub

Ukraynada amerikalı əsgər həlak olub

03 İyul 2023 01:15 | Baxış sayı: 553

Ukraynada gedən döyüşlər zamanı amerikalı muzdlu, keçmiş ABŞ dəniz piyadası Yan Tortoriçi öldürülüb.

Bu barədə CBS telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Tortoriçi 15 ay əvvəl Ukraynanın xarici legionuna könüllü qoşulub.

İyulun 1-də Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşmüş iki keçmiş amerikalı hərbçi "Daily Beast" qəzetinə bildirib ki, Ukraynada döyüşlər İraq və Əfqanıstandakı müharibələrdən qat-qat ağırdır.