SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlUkrayna və Polşa birgə tank mərmiləri istehsal edəcək
06 Aprel 2023 17:18 | Baxış sayı: 473
Ukrayna və Polşa birgə 125 mm-lik tank mərmiləri istehsal edəcək.
Bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin teleqramda yazıb.
Onun sözlərinə görə, artıq tərəflər bununla bağlı müvafiq sənədi imzalayıblar.
A.Kamışin bildirib ki, Strateji Sənaye Nazirliyi Ukrayna ordusu üçün sursat istehsalının artırılmasına diqqət yetirəcək.
Bundan əlavə, Ukrayna NATO ölkələrindən biri ilə birlikdə 122 mm-lik artilleriya mərmiləri istehsal etməyə başlayıb.
Qeyd edilib ki, sursatın ilk partiyası artıq cəbhəyə göndərilib.