İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlUkrayna “Taxıl sazişi”nə alternativ variantları nəzərdən keçirir
03 İyun 2023 08:00 | Baxış sayı: 455
“Ukrayna Rusiyanın iştirakı olmadan “Taxıl sazişi”nə alternativ variantları nəzərdən keçirir”.
Bunu Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikolay Solski bildirib.
Onun sözlərinə görə, taxıl dəhlizi indi faktiki olaraq bağlanıb, çünki Rusiya Odessanın Yujnı limanına gedən gəmilərin qeydiyyatını məhdudlaşdırıb.
“Bu cür işləməli deyil. O zaman bizdən və BMT-dən asılı olan “B” planına hazır olacağıq. Yaxın gələcəkdə belə davam etsə, boş qalmayacağımızı düşünmürəm”.
O, aydınlaşdırıb ki, ikinci plan dördüncü tərəfi, yəni Rusiyanı bu münasibətlərdən kənarlaşdırır.