SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlUkrayna SQ: Rusiya dənizdən raketlər və pilotsuz təyyarələrlə güclü hücuma hazırlaşır
31 May 2023 03:30 | Baxış sayı: 580
Mayın 31-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Qara dənizdə yerləşən raketdaşıyıcılardan Ukraynaya zərbələr endirə bilər.
Bunu çərşənbə axşamı, mayın 30-da milli telemarafonun efirində Cənub Operativ qərargahının sözçüsü Natalya Qumenyuk deyib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri hərtərəfli hücuma hazırlaşır: onlar Qara dənizdəki reaktiv daşıyıcı sistemlərdən şəhərləri atəşə tutacaq, həmçinin hücum pilotsuz təyyarələrini buraxacaqlar.
Qumenyukun fikrincə RF Silahlı Qüvvələri çox güman ki, taktikanı dəyişib.