SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlUkrayna SQ Priqojının Rusiya hərbçilərinin qaçması barədə məlumatını təsdiqləyib
09 May 2023 22:30 | Baxış sayı: 558
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojın Rusiya Silahlı Qüvvələrinin 72-ci motoatıcı briqadasının Baxmutdan qaçdığını açıqlayıb. Ukrayna hərbçiləri işğalçıların iflasını təsdiqləyiblər.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin 3-cü ayrı hücum briqadası teleqramda məlumat yayıb.
“Rəsmi. Priqojının Rusiyanın 72-ci motoatıcı briqadasının Baxmutdan qaçması və orada qalan rusiyalıların “500 cəsədi” ilə bağlı xəbəri doğrudur”, - məlumatda bildirilib.
Qeyd olunub ki, iki gün ərzində “Azov” taktiki qrupunun tərkibində hücum təyyarələri 64 işğalçını məhv edib, daha “87-si isə yarı yoldadır”. Öldürülənlərin arasında “vaqnerçilər”in olduğu vurğulanıb. Eyni zamanda beş nəfər də əsir götürülüb.