İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlUkrayna-NATO Şurasının ilk iclasının tarixi açıqlanıb
03 İyul 2023 23:35 | Baxış sayı: 443
İyulun 11-12-də Vilnüsdə təşkil olunacaq NATO sammitində Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
"Vilnüs sammiti NATO-Ukrayna Şurasının dövlət və hökumət başçıları səviyyəsində ilk iclası olacaq. Beləliklə, Kiyevə Alyansın bu orqanının masasında bərabər yer veriləcək", - Almaniyanın Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Onun sözlərinə görə, Ukrayna-NATO Şurası ölkənin Alyans daxilindəki proseslərə və strukturlara uyğunlaşması istiqamətində böyük addımdır.
Pistorius onu da əlavə edib ki, Şimali Atlantika Alyansı heç bir halda Rusiyanın Ukraynaya qarşı müharibəsində münaqişə tərəfinə çevrilməyəcək. Ona görə də Ukraynanın üzvlüyü ilə bağlı suala yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra cavab vermək mümkün olacaq.