20 Aprel 2025
Ukrayna müharibə başlayandan 45 sovet təyyarəsi tədarük edib

Ukrayna müharibə başlayandan 45 sovet təyyarəsi tədarük edib

Ukrayna müharibə başlayandan 45 sovet təyyarəsi tədarük edib

22 İyun 2023 04:08 | Baxış sayı: 691

Ukrayna Hərbi Hava Qüvvələri 2022-ci il fevralın 24-dən etibarən tərəfdaş ölkələrdən sovet istehsalı olan 45 təyyarə alıb.

Bu barədə CNN məlumat yayıb.

Onların əksəriyyəti "MiQ-29" qırıcılarıdır. Qərb ölkələri az sayda "Su-25" hücum təyyarəsi tədarük edib.

Polşa, Şimali Makedoniya və Slovakiya əsas təyyarə tədarükçüləri sayılır.

İyunun 15-də məlum olub ki, Ukrayna Polşa və Slovakiyadan tədarük etdiyi MiQ-29 qırıcı təyyarələrindən istifadə etməyə başlayıb.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov ABŞ-ın F-16 qırıcı təyyarələrinin yaxın vaxtlarda Ukraynaya təhvil veriləcəyinə ümidvar olduğunu bildirib.