SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlUkrayna Kanadadan Rusiyadan müsadirə edilən An-124-ü alacaq
17 Aprel 2023 08:30 | Baxış sayı: 482
Kanada Rusiyadan müsadirə etdiyi An-124 “Ruslan” təyyarəsini Ukraynaya təhvil verəcək. Bu, Kanadanın Rusiya müəssisələrinə qarşı yeni sanksiyalarının bir hissəsi kimi gerçəkləşdiriləcək.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz feysbuk səhifəsində məlumat verib.
“Kanadadan Rusiyaya qarşı yeni sanksiyalar paketi. Xüsusən “Volqa-Dnepr” şirkətinə qarşı. Biz təcavüzkarın Kanadadakı An-124 təyyarəsini və digər aktivlərini müsadirə edib Ukraynaya ötürülməsinə hazırlaşırıq”, - Şmıqal yazıb.