20 Aprel 2025
“Ukrayna ilk ballistik raketini sınaqdan keçirdi” – Zelenski

“Ukrayna ilk ballistik raketini sınaqdan keçirdi” – Zelenski

“Ukrayna ilk ballistik raketini sınaqdan keçirdi” – Zelenski

27 Avqust 2024 14:32 | Baxış sayı: 556

“Ukrayna hərbi-sənaye kompleksini inkişaf etdirməyə davam edir - ölkə özünün ilk ballistik raketini yaradıb və sınaqdan keçirib”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Dövlət Təsisatlar Başçılarının Forumunda keçirilən mətbuat konfransında deyib.

“Ukraynada başqa hansı inkişaflar var? Düzdü, mən fikirləşdim ki, bu barədə danışmaq hələ tezdir, amma... Ukrayna ilk ballistik raketinin sınağını keçirdi. Müsbət nəticələrlə. Mən bu münasibətlə hərbi sənaye kompleksimizi təbrik edirəm”, - Zelenski bildirib.

Ukrayna lideri raketlə bağlı əlavə məlumat verə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, o, bu barədə “müdafiə müəssisələrində 24/7 işləyən insanlarımızı” qiymətləndirmək məqsədi ilə danışıb.