İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
13 dəqiqə əvvəl"Ukrayna ilə razılığa gəlməyə hazıram"
05 Mart 2025 11:27 | Baxış sayı: 433
ABŞ prezidenti Donald Tramp Konqresin birgə iclasında prezident kimi ikinci müddətinin əvvəlindən bəri həyata keçirdiyi fəaliyyətləri Amerika xalqına izah edib.
AJMEDİA.İNFO xəbər verir ki, Tramp iqtisadiyyat, federal idarəçiliyin təşkili və xarici siyasət kimi bir çox sahədə atdıqları addımlarla “Amerika arzusu”unu həyata qaytarmaqda qərarlı olduqlarını bildirib.
"Amerika qayıtdı. Amerika arzusu qarşısıalınmazdır və ölkəmiz geri qayıtmaq ərəfəsindədir", - deyə o bildirib.
Tramp 43 gündə bir çox ABŞ administrasiyasından daha çox iş gördüklərini bəyan edib.
O, həmçinin Ukrayna ilə razılaşmağa hazır olduqlarına işarə edib: “Ukrayna ilə mədən razılaşması ilə bağlı razılığa gəlməyə hazıram”.