20 Aprel 2025
Ukrayna HHQ ötən axşam zərərsizləşdirilən İran istehsalı dronların sayını açıqlayıb

Ukrayna HHQ ötən axşam zərərsizləşdirilən İran istehsalı dronların sayını açıqlayıb

Ukrayna HHQ ötən axşam zərərsizləşdirilən İran istehsalı dronların sayını açıqlayıb

22 Aprel 2023 18:40 | Baxış sayı: 554

“Aprelin 21-də saat 19:00 (Bakı vaxtı ilə 20:00 – red.) radələrində düşmən Ukraynaya cənub-şərq istiqamətindən “Şahid-136/131” zərbə kamikadze dronları vasitəsilə hücum edib”.

Bunu Ukrayna Hərbi Hava Qüvvələri açıqlayıb.

Bildirilib ki, qarşı tərəfin hücum edən 5 dronundan 4-ü məhv edilib.

Xatırladaq ki, aprelin 21-də axşam Ukraynanın cənub-şərqindəki bir sıra bölgələrdə hava həyəcanı təbili çalınıb, Zaporojyedə bir neçə partlayış səsləri eşidilib.