20 Aprel 2025
Ukrayna hərbçilərinin qırıcı təyyarələrdə təlim keçməsi vacibdir

Ukrayna hərbçilərinin qırıcı təyyarələrdə təlim keçməsi vacibdir

Ukrayna hərbçilərinin qırıcı təyyarələrdə təlim keçməsi vacibdir

15 May 2023 21:45 | Baxış sayı: 547

ABŞ Dövlət Departamenti Ukrayna hərbçilərinin qırıcı təyyarələrdə təlim keçməsini vacib proses hesab edir.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel deyib.

“Bu, alyansın, bir sıra ölkələrin ukraynalı tərəfdaşlarımıza mühüm müdafiə yardımı göstərməsi ilə bağlı vacib prosesdir”, - o diqqətə çatdırıb.

Patel onu da qeyd edib ki, ABŞ və digər müttəfiqlərin “Ukrayna özünü müdafiə etmək, ərazi bütövlüyünü və suverenliyini qorumaq qabiliyyətinə malik olmasında” ümumi məqsədi var. Buna görə də bəzi ölkələr yardımlarını gücləndirir, sistemləri paylaşır və ordunu öyrədirlər:

“Biz bunu etmək və öz rolumuzu oynamaq üçün tərəfdaşlığımızı dərinləşdirməyi səbirsizliklə gözləyirik”.