SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlUkrayna bloklanmış Rusiya aktivlərindən ilk milyard dollarını əldə etdi
25 Dekabr 2024 03:02 | Baxış sayı: 445
Ukrayna ABŞ-dən 20 milyardlıq kreditdən milyard dollarlıq birinci tranş alıb və bu, bloklanmış Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin olunacaq.
AJMEDIA.INFO xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat yayıb.
“Biz Rusiyanın bütün suveren aktivlərinin müsadirə ediləcəyini və Ukraynanın bərpası üçün istifadə olunacağını gözləyirik”, - Ukraynanın Baş naziri bildirib.
Qeyd edək ki, ABŞ hakimiyyəti dekabrın 10-da Rusiya aktivlərindən əldə edilən gəlirlə təminatla 20 milyard kredit ayrıldığını elan edib. Ukraynaya vəsait birbaşa deyil, Dünya Bankının xüsusi fondu vasitəsilə köçürülür.