SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlUkrayna arsenalına uçuş məsafəsi yüksək olan hücum PUA-ları daxil edə bilər
29 Mart 2023 18:35 | Baxış sayı: 558
Ukrayna Silahlı Qüvvələrinin arsenalına uçuş məsafəsi 3 min km-dən çox olan hücum pilotsuz uçuş aparatları daxil edilə bilər.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksiy Danilov bildirib.
“Matias Rust adına “Ukrayna sürüsü” - onlarla model, minlərlə pilotsuz uçuş aparatı. 3 000 km-dən çox uçuş məsafəsi olan hücum PUA-ları Ukrayna Silahlı Qüvvələrinin arsenalında”, - A.Danilov tviterdə yazıb.
MTMŞ katibi posta alman pilot Matias Rustun Moskvadakı Qırmızı meydan fonundakı təyyarəsinin fotosunu əlavə edib və “1987-ci il, Qırmızı meydan, Moskva, təyyarə, Rust” yazıb.
Xatırladaq ki, 1987-ci ildə Rust SSRİ hava hücumundan müdafiə sistemlərindən yayınaraq min kilometrdən çox uçuş həyata keçirib və Kremlin yaxınlığında eniş edib.