UEFA Mourinyonu cəzalandırdı - SƏBƏB
29 Yanvar 2025 17:24 | Baxış sayı: 812
UEFA “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
AJMEDİA.İNFO Türkiyə mediasına istinadla bildirir ki, cəzaya əsasən mütəxəssis növbəti oyunda iştirak etməkdən məhrum edilib.
Buna səbəb Mourinyonun “Lion”la oyun zamanı futbolçularını meydana gec buraxması olub. Belə ki, nəticədə yarışın başlaması gecikib.
Qeyd edək ki, “Fənərbağça” UEFA Avropa Liqası çərçivəsində növbəti oyunda “Midtjylland” klubu ilə qarşılaşacaq.