SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlUcarda intim videosu yayılan direktorla bağlı bilinməyənlər - VİDEO
03 Avqust 2023 10:11 | Baxış sayı: 718
Ötən gün sosial şəbəkələrdə Ucar rayonu Alpout kənd Şirvan Həsənov adına 2 saylı orta məktəbin direktoru Orxan Rəhimovun intim videosunun yayılması kənd sakinlərinin kəskin etirazına səbəb olub.
Sakinlər yayılan görüntülərə ciddi şəkildə etirazlarını bildirib və məktəb direktorunun dərhal işdən azad olunaraq məktəbi tərk etməsini tələb ediblər.
Şikayətçilər deyirlər ki, direktor əvvəlcə yayılan görüntülərin ona aid olmadığını iddia edib:
"Boynuna almırdı, deyirdi ki, montajdır. Sonradan etiraf etdi ki, yayılan görüntülərdəki şəxs odur. Dedi ki, Bolqarıstan vətəndaşı məni şantaj edir”.
Məktəbin təsərrüfat müdiri Nəriman Həsənovun sözlərinə görə, sakinlərin etirazından sonra direktor işdən çıxmaq haqqında ərizə yazıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb, sözügedən məktəbin direktoru tutduğu vəzifədən azad olunub.
AJMEDİA.İNFO ətraflı Baku TV-nin videosunu təqdim edirik: