20 Aprel 2025
Üç ölkədən İsrail və HƏMAS-la bağlı BİRGƏ BƏYANAT

Üç ölkədən İsrail və HƏMAS-la bağlı BİRGƏ BƏYANAT

Üç ölkədən İsrail və HƏMAS-la bağlı BİRGƏ BƏYANAT

09 Avqust 2024 11:48 | Baxış sayı: 419

ABŞ, Misir və Qətər İsrail və Fələstinin HƏMAS hərəkatı ilə bağlı birgə bəyanat verərək tərəfləri danışıqlar masasına qayıtmağa çağırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ağ Evin saytında üç ölkənin birgə bəyanatında bildirilir.

“Hər iki tərəfin gecikməsi üçün artıq vaxt və bəhanə yoxdur. Girovları azad etmək, atəşkəsə başlamaq və bu razılaşmanı həyata keçirmək vaxtı çatıb”, - bəyanatda deyilir.

Əlavə olaraq bildirilir ki, ABŞ, Misir və Qətər münaqişənin hər iki tərəfini avqustun 15-də Doha və ya Qahirədə müzakirələri bərpa etməyə çağırıb. Danışıqların yeni raundunda girovların təhvil verilməsi ilə bağlı məsələlərin həll olunacağı gözlənilir.