SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlTürkiyəyə getmək istəməyən İsrail klubu oyununu Bakıda keçirəcək
28 Dekabr 2024 14:07 | Baxış sayı: 1038
FİBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında baş tutacaq ilk pley-in oyunu Bakıda baş tutacaq.
AJMEDİA.İNFO xəbər verir ki, “Aliağa Petkim Spor”un rəqibi olan “Hapoel Holon” komandası məlum səbəbə görə İstanbula gəlmək istəməyib və bu halda görüşün neytral meydanda, Bakı İdman Sarayında keçirilməsi təklifi qarşılıqlı razılıq əsasında qəbul olunub.
Qeyd edək ki, əgər pley-in görüşlərində hesab bərabər olarsa, 22 yanvar tarixində baş tutacaq 3-cü oyun da məhz Bakıda baş tutacaq.