SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlTürkiyəyə gedəcək şəxslərin DİQQƏTİNƏ! - YENİLİK
14 Avqust 2024 11:14 | Baxış sayı: 459
Türkiyəyə daxil olan şəxslərdən barmaq izləri götürüləcək.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Sabah” qəzeti Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya istinadla məlumat yayıb.
“Daxili işlər naziri gələcək üçün vacib layihəni də açıqlayıb. Bildirib ki, Türkiyəyə daxil olarkən, ABŞ və Böyük Britaniyada olduğu kimi barmaq izləri götürüləcək”.
Nazir həmçinin qeyd edib ki, müvəqqəti qoruma statusu alanların, xüsusən də suriyalıların şəxsiyyət vəsiqələri çiplənəcək. Onun sözlərinə görə, bu vəsiqələri saxtalaşdırmaq mümkün olmayacaq.