SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlTürkiyənin İsveçdəki səfirliyinin qarşısında Quran YANDIRILDI
22 Yanvar 2023 15:05 | Baxış sayı: 542
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasına sərt reaksiya verib.
AJMEDİA.İNFO 32gun.az-a xəbər verir ki, o, bu barədə Tviter hesabında paylaşım edib.
“Stokholmda Qurani-Kərimin yandırılması açıq-aşkar nifrət və insanlıq cinayətidir. Biz bunu qətiyyətlə pisləyirik. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, bu hərəkətə icazə vermək cinayətkar nifrət və islamofobiyanı təşviq edir. Müqəddəs dəyərlərə təcavüz azadlıq deyil, müasir barbarlıqdır",- deyə rəsmi qeyd edib.
Bildirək ki, İsveç hakimiyyəti Danimarkanın ifrat sağçı Stram Kurs hərəkatının lideri Rasmus Paludana Quranın nüsxəsini açıq şəkildə yandırmağa yenidən icazə verib