SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl“Türkiyənin bu ərazilərini Ermənistana vermək istəyirlər” – Qərbin ŞOK PLANI
30 Yanvar 2023 07:11 | Baxış sayı: 549
Türkiyə Dənizçilik və Qlobal Strategiyalar Mərkəzinin rəhbəri Cihat Yaycı Türkiyə NATO münasibətləri barədə diqqətçəkən açıqlamalar verib.
AJMEDİA.İNFO xəbər verir ki, o bildirib ki, Qərbin məqsədi Türkiyəni parçalayaraq sərhədlərini dəyişdirməkdir.
Türkiyə mətbuatının məlumatına görə, Cihat Yaycı deyib: “Türkiyənin PKK/YPG-yə qarşı əməliyyatları NATO-nun müttəfiqlərinə qarşı əməliyyat kimi qiymətləndirilir. Əfqanıstanda, Serbiyada nə ediblərsə, yenə onu etmək istəyirlər. Burada məqsəd Türkiyə istədikləri nizama salınana qədər onu NATO-dan uzaqlaşdırmaqdır. Türkiyə istədikləri nizama düşəndən sonra onu yenidən NATO-ya almaq istəyirlər. Başqa sözlə, cənub-şərqdəKürdüstan qurmaq, şərqdə Ermənistana bir parça torpaq vermək, şimalında Pontus, İstanbulda muxtar ekumenik patriarxal dövlət kimi şeylər qurmaqdır. Ardınca Türkiyəni təkrar kiçildilmiş şəkildə yenidən NATO-ya qəbul etməkdir”. (mətbuat.az)