SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlTürkiyənin aerokosmik şirkəti Azərbaycanda kapitalını 3 dəfə azaltdı
09 Avqust 2024 18:17 | Baxış sayı: 386
“Türk Havacılık ve Uzay Sanayii A.Ş.” (TUSAŞ) tərəfindən bu ilin may ayında Azərbaycanda yaradılan “Turkish Aerospace Azerbaijan” MMC nizamnamə kapitalını azaldır.
Bu barədə elan “Vergilər” qəzetində dərc olunub.
Elanda qeyd olunur ki, “Turkish Aerospace Azerbaijan” MMC nizamnamə kapitalının 1,5 milyon dollardan 500 min dollara kimi azaldır. Bildirilir ki, kreditorlar tələblərini bir ay müddətdində Bakı ş., Yasamal ray., H.Cavid pr., ev 25 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Turkish Aerospace Azerbaijan” MMC-nin qanuni təmsilçisi Uğur Güləndir.