SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlTürkiyədə sel onlarla evi və bir körpünü dağıdıb
30 May 2023 10:02 | Baxış sayı: 458
Türkiyənin Muş vilayətində sel onlarla evi dağıdıb.
Məlumata görə, leysan yağış selə səbəb olub, təbii fəlakət 5 avtomobilə və onlarla evə ziyan vurub, bir körpü dağılıb.
Kırköy şəhər bələdiyyəsinin rəhbəri Nahit Dizman 35 evin zərər çəkdiyini bildirib. “Hər şey bir anda oldu. Bizim müdaxilə etmək şansımız olmadı. Qəfil sel körpünün uçmasına səbəb olub. Körpünün uçması ilə 35 evi su basıb. Bələdiyyə qarajımızdakı 5 maşınımız su altında qalıb. Çayın ayrı-ayrı yerlərində suötürücüləri açmalı olduq”, - o deyib.
Nahit Dizman əkin sahələrinin də təbii fəlakətdən ziyan çəkdiyini bildirib.