İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlTürkiyədə maskalı şəxslər kilsəyə silahlı hücum etdi - ölən var - VİDEO
28 Yanvar 2024 10:21 | Baxış sayı: 619
Türkiyənin İstanbul şəhərində italyan kilsəsi "Santa Maria"ya silahlı hücum olub.
AJMEDİA.İNFO report-a istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında məlumatı təsdiqləyib. Nazir bildirib ki, hücum 2 maskalı şəxs tərəfindən həyata keçirilib. O, hadisə ilə bağlı araşdırmanın aparıldığını, cinayətkarların saxlanılması üçün tədbirlərin görüldüyünü qeyd edib. Nazir hücumu kəskin pisləyib.