SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəl"Türkiyədə İsraillə HƏMAS arasında məhbus mübadiləsi gözlənilir" - KİV
14 Avqust 2024 07:46 | Baxış sayı: 378
Türkiyədə İsraillə HƏMAS arasında məhbus mübadiləsi gözlənilir.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Haber Global” etibarlı mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, müzakirələrlə bağlı mətn, demək olar, hazırdır.
Hələ dəqiq olmayan mətnin şərtlərinə görə, HƏMAS-ın əlindəki hər bir məhbusa görə 12 fələstinli geri qaytarılacaq.
Məlumata görə, HƏMAS-ın əlində 120 israilli məhbus var.
Vurğulanıb ki, Türkiyə Qəzzada atəşkəsə nail olmaq üçün səy göstərir. Həmçinin ABŞ, Qətər və Misirin də cəhdləri nəticəsində yaxın günlərdə müzakirələrin nəticə verəcəyi gözlənilir.