20 Aprel 2025
Türkiyədə 58 avtomobil toqquşub

Türkiyədə 58 avtomobil toqquşub

Türkiyədə 58 avtomobil toqquşub

31 Mart 2023 18:22 | Baxış sayı: 757

Türkiyədə 58 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Anadolu magistralının Bolu hissəsində qeydə alınıb.

Zəncirvari qəzada 10 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar. Onlardan ikisinin vəziyyəti ağırdır.

Qəzaya səbəb kimi qarlı hava səbəbindən yolların buz bağlaması göstərilir.