SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlTürkiyə xüsusi xidmət orqanları Suriyada 4 İŞİD terrorçusunu saxlayıblar
10 May 2023 22:02 | Baxış sayı: 715
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada 4 İŞİD terrorçusunu saxlayıb.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata əsasən, xüsusi əməliyyat nəticəsində saxlanılan terrorçular təhlükəsizlik qüvvələrinə təhvil verilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, ələ keçirilən terrorçulardan biri qırmızı kateqoriya ilə axtarışda olan Şahap Varişdir.
Bildirilri ki, Ş.Variş İŞİD-in Türkiyədə planlaşdırdığı və təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan bir çox terror aktları ilə əlaqəlidir.