Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı olub
08 İyun 2023 19:40 | Baxış sayı: 591
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, tərəflər Ukraynadakı aktual vəziyyəti müzakirə ediblər.
Eyni zamanda, ukraynalı nazir Fidanı XİN başçısı vəzifəsinə təyinatı münasibətilə təbrik edib.