20 Aprel 2025
Türkiyə və Ermənistan quru sərhədinin açılması üzərində işləyir

Türkiyə və Ermənistan quru sərhədinin açılması üzərində işləyir

Türkiyə və Ermənistan quru sərhədinin açılması üzərində işləyir

10 Aprel 2023 16:58 | Baxış sayı: 465

Ermənistanın Türkiyədə səfirliyinin açılması yaxın vaxtlar üçün gündəmdə olmasa da, ölkələr sərhəd-keçid məntəqələrinin açılması üzərində işləyir.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalına açıqlamasında bildirib.

“Ermənistan səfirliyinin açılması yaxın vaxtlarda baş tutmaya bilər, çünki əvvəlcə başqa addımlar atmalıyıq. Biz Ermənistan üçün hava məkanımızı açmışıq, yük uçuşları həyata keçirilir, qarşılıqlı hava əlaqəsi başlayıb, Ermənistan aviadaşıyıcıları hava məkanımız üzərindən üçüncü ölkələrə uça bilər. Amma yerüstü keçid məntəqələrinin açılması üçün siyasi şərtlərlə yanaşı, ilk növbədə yolları hazırlamaq, körpünü bərpa etmək lazımdır. Artıq körpünün tikintisi ilə bağlı razılaşmalarımız var”, - o deyib.

Bununla belə, M.Çavuşoğlu quru sərhəd keçidinin açılması halında bunun diplomatik pasport sahibləri və ya üçüncü ölkələrin adi vətəndaşları üçün keçərli olacağını dəqiqləşdirməyib.