SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlTürkiyə səfirliyi qarşısında Qurani-Kərim cırıldı
19 Avqust 2023 04:32 | Baxış sayı: 607
Niderlandın islamafob “Pegida” hərəkatının lideri Edvin Vaqensveld Türkiyənin Haaqadakı səfirliyi qarşısında aksiya keçirib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, yaxınlıqda toplaşan müsəlmanların etirazlarına baxmayaraq, Qurani-Kərimdən bir neçə vərəq qoparıb.
Aksiya yerinin yaxınlığında toplaşan yüzə yaxın müsəlman Edvin Vaqensveldın hərəkətini pisləyib. Daha sonra nümayişçilərlə polis arasında toqquşma baş verib, lakin xüsusi təyinatlılar vəziyyəti tez bir zamanda nəzarətə götürüblər.axar.az