SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlTürkiyə səfiri “bozqurd” işarəsinə görə Almaniya XİN-ə ÇAĞIRILDI
04 İyul 2024 13:50 | Baxış sayı: 538
Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı “Der Spiegel” jurnalı yayıb.
Bildirilir ki, buna səbəb AÇ-2024-ün 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə-Avstriya matçında türkiyəli futbolçu Merih Demiralın “bozqurd” işarəsi göstərməsi olub.
Məlumata görə, səfir sözügedən məsələnin müzakirə edilməsi üçün nazirliyə çağırılıb.
Xatırladaq ki, UEFA Merih Demiralı həmin qol sevincinə görə cəzalandıra bilər. Belə ki, M.Demiral qol sevincini “bozqurd” işarəsi ilə qeyd etdiyinə görə qitə futbol qurumunun Nizam-İntizam Komitəsi araşdırmalara başlayıb.