SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlTürkiyə, Rusiya, İran, Suriya XİN nümayəndə heyətləri arasında görüş başlayıb
04 Aprel 2023 09:48 | Baxış sayı: 597
Moskvada xarici işlər nazirlərinin görüşünə hazırlıq çərçivəsində Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirliklərinin (XİN) nümayəndə heyətləri arasında görüş başlayıb.
Görüşün açılışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçaparın başçılıq etdiyi bildirilir. Rusiyanı Prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, İranı xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı, Suriyanı isə xarici işlər nazirinin müavini Ayman Susan təmsil edir.
Moskva danışıqlarının iştirakçıları XİN rəhbərlərinin görüşünün gündəliyini və əməkdaşlıq yollarını müzakirə edirlər.