İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlTürkiyə Qara dəniz qaz yatağı ilə quru terminalını birləşdirib
05 Aprel 2023 19:25 | Baxış sayı: 508
“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Qara dəniz qaz yatağını quruda paylayıcı terminal ilə birləşdirib.
Bu barədə şirkət tvitter səhifəsində məlumat yayıb.
“Sakaryadakı qaz yatağımızı quru terminalına birləşdirən boruların quraşdırılması uğurla başa çatdırılıb. Bu işlər, aprelin 20-dən ölkə paylayıcı sistemə qazın vurulmasına başlamaq məqsədi ilə həyata keçirilib” - məlumatda deyilir.
Martın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Filyos şəhərindəki qaz emalı zavoduna ilk qazın vurulması mərasimi aprelin 20-də, Ramazan ayının son günü keçiriləcək.