İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlTürkiyə PA: "Ukraynada müharibə şiddətlənəcək, yeni Soyuq müharibə ərəfəsindəyik"
05 Aprel 2023 18:30 | Baxış sayı: 480
“Biz Rusiya əleyhinə sanksiyalara qoşulmuruq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “Anadolu”ya müsahibəsində deyib.
O bildirib ki, Türkiyə Ukraynanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində sülhün tərəfdarıdır: “Bu savaş əslində həm də Rusiya ilə Qərb arasında gedir. Odur ki, Rusiya ilə Qərb arasında razılığa ehtiyac var. Əks halda atəşkəs həlli yolu olmayacaq. Deyə bilərəm ki, dünya yeni bir Soyuq müharibə ərəfəsindədir”.
İ. Kalın söyləyib ki, Ukraynada müharibənin genişlənməsi nüvə savaşı ehtimalını da artırır.
“Biz səylərimizi davam etdirik. Amma, məncə, qarşıdakı aylarda müharibə daha da şiddətlənəcək. Bəlkə də, ondan sonra tərəflər danışıqlara başlaya bilərlər”, - Ərdoğanın sözçüsü vurğulayıb.