SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlTürkiyə İsrail təyyarələrini vurmağa hazır olduqlarına inandırıb
14 Dekabr 2024 12:23 | Baxış sayı: 471
PKK/YPG bu yaxınlarda Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusuna (SNA) qarşı mübarizədə, o cümlədən Türkiyəyönlü qüvvələrə qarşı hava gücündən istifadə etməkdə İsraildən yardım istəyib. “Türkiyənin Səsi” qrupu Ankaranın yüksək vəzifəli şəxsləri ilə məsələni müzakirə edib və onların cavabını alıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.
Bildirilir ki, Türkiyə bundan xəbərdardır və İsrailə heç bir halda PKK/YPG-yə İsrail Hərbi Hava Qüvvələri və ya digər qüvvələrin dəstəyinə dözməyəcəyini əvvəlcədən açıqlayıb.
Qeyd olunur ki, İsrail bu cür addımlar atmağa qərar verərsə, Türkiyənin hava hücumundan müdafiə sistemləri və qırıcıları onları məhv etməyə hazırdırlar;