İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
14 dəqiqə əvvəlTürk əsilli futbolçu Vyanada GÜLLƏLƏNDİ - FOTO
10 Fevral 2023 08:46 | Baxış sayı: 502
Avstriya millisinin keçmiş futbolçusu Volkan Kahraman Vyanada küçədə güllələnib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Mirror” məlumat yayıb.
Faciə çərşənbə günü səhər Avstriyanın paytaxtında barların birinin yaxınlığında baş verib. Mənbənin sözlərinə görə, 43 yaşlı Kahramanı öldürən iş ortağı cinayəti törətdikdən sonra intihar edib.
Keçmiş futbolçunu həyata qaytarmaq cəhdləri uğursuz alınıb.
Faktla bağlı araşdırma aparılır.
Kahramanın çıxış etdiyi bir neçə futbol klubu, o cümlədən Avstriyanın "Avstriya” və Hollandiyanın "Excelsior” klubları onun vəfatı ilə bağlı başsağlığı verib.
Kahraman 2009-cu ildə peşəkar karyerasına son qoyub, bundan sonra Avstriya komandalarını çalışdırmağa başlayıb.
(qaynarinfo)