20 Aprel 2025
Turistik qayığın qəzaya uğraması nəticəsində 18 nəfər ölüb

Turistik qayığın qəzaya uğraması nəticəsində 18 nəfər ölüb

Turistik qayığın qəzaya uğraması nəticəsində 18 nəfər ölüb

07 May 2023 21:35 | Baxış sayı: 601

Hindistanın Tanur şəhərində (Kerala ştatı) turist qayığının qəzaya uğraması nəticəsində aralarında uşaqların da olduğu azı 18 nəfər ölüb.

Bu barədə "The Indian Express" məlumat yayıb.

Yerli hakimiyyət orqanları ikimərtəbəli gəminin göyərtəsində 35-40 sərnişinin olduğunu bildirib. Hadisə şahidlərinin sözlərinə görə, qayıqda sıxlıq olub, sərnişinlərin əksəriyyətində xilasedici jiletlər olmayıb.

Xilasetmə əməliyyatı qaranlığın başlaması ilə çətinləşib. O da qeyd olunub ki, gəmi qaydaları pozaraq, gündüz saatları bitdikdən sonra sərnişin daşımağa davam edib.

Hindistanın Baş naziri Narendra Modi tviterdə həlak olanların ailələrinə başsağlığı verib.