20 Aprel 2025
Trampın nümayəndəsi: Qəzza planı xəyaldır

Trampın nümayəndəsi: Qəzza planı xəyaldır

Trampın nümayəndəsi: Qəzza planı xəyaldır

07 Mart 2025 18:09 | Baxış sayı: 342

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Ərəb Birliyininin Fövqəladə Zirvə Toplantısında Qəzza ilə bağlı açıqlama verib.

AJMEDİA.İNFO xəbər verir ki, Vitkoff Qəzza zolağının yenidən qurulması planına toxunub.

O, sözügedən planları “arzu” kimi qiymətləndirib: "Səudiyyəlilər normallaşmadan danışarkən beş illik proqram üzərində işləyirlər. Qəzzalılar beş ildən sonra evlərinə gedəcəklərini düşünürlər, lakin bu, yuxudur".

Vitkoff həmçinin HƏMAS-ın məhbus mübadiləsi ilə bağlı məsuliyyətli və ağlabatan hərəkət etməli olduğunu müdafiə edib.

O, prosesin qarantının ABŞ olduğunu və prosesə əməl edilmədiyi təqdirdə İsraillə koordinasiyalı şəkildə hərəkətə keçə biləcəyini vurğulayıb.